image-n1karobka_ads
image-123
image-686f5fb7ae5ac9370c774d5fbackend

Tokayev Trampın rüsum qərarına cavab verdi

image-ad_qayo_720x110px

ABŞ prezidenti Donald Trampın Qazaxıstan mallarının idxalına 25 faizə qədər əlavə rüsum tətbiq olunacağı ilə bağlı məktubuna Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev cavab verib.

Doğru.az xəbər verir ki, Tokayev məktubunda ABŞ-la ədalətli və qarşılıqlı faydalı ticarət əlaqələrinin tərəfdarı olduğunu qeyd edib və mövcud vəziyyətin kompromislə həll olunacağına ümid etdiyini bildirib.

Qazaxıstan Prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, dövlət başçısı ölkəsinin ABŞ-la əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.

Xatırladaq ki, ABŞ 14 ölkəyə qarşı əlavə ticarət rüsumları tətbiq etmək qərarı verib. Qazaxıstanın Ticarət Nazirliyi isə cavab tədbirlərinin mümkünlüyünü istisna etməyib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki