ABŞ prezidenti Donald Tramp Amerikanın ABC və NBC telekanallarının yayım lisenziyalarının ləğvini dəstəklədiyini bildirib.
Doğru.az xəbər verir ki, siyasətçi öz açıqlamasında bu telekanalların 97% hallarda onun haqqında neqativ xəbərlər yayımladığını və Demokrat Partiyasının maraqlarını təbliğ etdiyini vurğulayıb.
“Onlar respublikaçıları və mühafizəkarları haqsız işıqlandırdıqları üçün lisenziyalarını itirməlidirlər…” – Tramp Truth sosial şəbəkəsində yazıb.
Ağ Evin rəhbəri əlavə edib ki, ABC və NBC hava tezliklərindən istifadəyə görə milyonlarla dollar lisenziya haqqı ödəmir və bunu etməlidir.
Xatırladaq ki, bundan əvvəl Tramp bir sıra Amerika KİV-lərini Alyaskada aparılan danışıqlarla bağlı həqiqəti təhrif etməkdə ittiham etmişdi.
DOĞRU.AZ