ABŞ prezidenti Donald Trampın 2024-cü il seçkilərində qalib gəlməsində fəal Çarli Kirkin yaratdığı hərəkatın mühüm rol oynadığı bildirilib.
Doğru.az xəbər verir ki, Ağ Evin aparat rəhbəri Suzi Uayls Kirkin vida mərasimində çıxış edərək, onu “zəmanəmizin ən güclü gənclik hərəkatını” yaratmaqda tərifləyib. Uaylsın sözlərinə görə, Kirkin “ordusu” bütün digər hərəkatlardan üstün olub və Trampın qələbəsində həlledici rol oynayıb.
Daha əvvəl iş adamı İlon Mask Kirkin “insanlara işığı göstərdiyi üçün qaranlıq tərəfindən öldürüldüyünü” bəyan etmiş və Arizonada stadionda keçirilən vida mərasimindən video paylaşmışdı.
Qeyd edək ki, tədbirdə ABŞ prezidenti Donald Tramp da iştirak edib.
DOĞRU.AZ