image-n1karobka_ads
image-123
image-241119-donald-trump-elon-musk-mn-1605-a594aebackend

Tramp: İlon Maskın partiya yaratmaq planı gülüncdür

Ağ Evin sabiq rəhbəri Donald Tramp milyarder İlon Maskın ABŞ-da üçüncü siyasi partiya yaratmaq niyyətini kəskin tənqid edib.

Doğru.az xəbər verir ki, Tramp bu ideyanı “gülməli” adlandıraraq belə deyib:
“Düşünürəm ki, İlon Maskın üçüncü tərəf yaratması gülməlidir. Ola bilər ki, o, bundan həzz alır, amma məncə bu, sadəcə gülüncdür”.

Qeyd edək ki, iyulun 5-də İlon Mask “Amerika” adlı yeni siyasi partiya yaratdığını elan edib. Ertəsi gün, iyulun 6-da isə ABŞ-ın Federal Seçki Komissiyasına rəsmi qeydiyyat üçün müraciət təqdim olunub.

Maskın təşəbbüsü ölkədə iki əsas partiyalı sistemə alternativ olaraq qiymətləndirilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki