image-n1karobka_ads
image-123
image-68d0f38702e8bd678a3af214backend

Tramp: İlon Maskla görüşüm çox xoş oldu

image-ad_qayo_720x110px

ABŞ prezidenti Donald Tramp öldürülən mühafizəkar siyasətçi və fəal Çarli Kirkin anım mərasimi zamanı amerikalı iş adamı İlon Maskla görüşünü yüksək qiymətləndirib.

Doğru.az xəbər verir ki, Tramp jurnalistlərə Arizonadan gedərkən təyyarənin göyərtəsində Maskla söhbətindən danışıb:
“Elon gəldi və salam verdi… Onun mənə yaxınlaşması çox gözəl idi və bir az söhbət etdik. Bizim çox yaxşı münasibətimiz var idi və onun gəlməsi çox gözəl idi”, – deyə ABŞ lideri bildirib.

Qeyd edək ki, daha əvvəl Qlendeyldəki Dövlət Farm Stadionunda Kirklə vida mərasimi zamanı Tramp və Maskın əl sıxması lentə alınmışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki