ABŞ prezidenti Donald Tramp İsrailə 2 min funt-sterlinq (təxminən 907 kq) ağırlığında bombaların tədarükünə qoyulan məhdudiyyətlərin götürüldüyünü təsdiqləyib.
“Bu gün biz onlara qoyulan qadağanı ləğv etdik. Və onları qəbul edəcəklər. Onlar pul ödəyiblər və uzun müddətdir ki, onları gözləyirlər”, – TASS Trampdan sitat gətirir.
Onun sözlərinə görə, bombalar uzun müddət saxlanılıb.
Bundan əvvəl ABŞ-ın İsrailə 8 milyard dollar dəyərində sursat sata biləcəyi bildirilirdi.
DOĞRU.AZ