image-n1karobka_ads
image-123
image-69381fbcae5ac969ac115003backend

Tramp: “Maduronun günləri sayılıb”

image-ad_qayo_720x110px

ABŞ prezidenti Donald Tramp Venesuela lideri Nikolas Maduronun hakimiyyətdə qalma günlərinin sayıldığını bildirib.

Doğru.az xəbər verir ki, Tramp bu fikri “Politico” qəzetinə Maduronu hakimiyyətdən uzaqlaşdırmaq üçün nə qədər irəli getməyə hazır olması barədə sualına cavab olaraq söyləyib.

“Mən bunu deməyə nifrət edirəm, amma… onun günləri sayılıb”, – deyə ABŞ prezidenti qeyd edib. Reuters daha əvvəl xəbər verib ki, Tramp Maduroya ailəsi ilə birlikdə Venesuelanı tərk etməsi üçün vaxt tanıyıb.

Buna qarşı, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Moskvanın Karakasla “çiyin-çiyinə” olduğunu vurğulayıb və Vaşinqtonu münaqişənin qarşısını almağa çağırıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki