image-n1karobka_ads
image-123
image-68839f6c02e8bd5d0b776b22backend

Tramp Makronun Fələstini tanımasını əhəmiyyətsiz saydı

image-ad_qayo_720x110px

ABŞ-ın sabiq prezidenti Donald Tramp Fransa lideri Emmanuel Makronun Fələstini tanımaq qərarını şərh edib.

Doğru.az xəbər verir ki, Tramp jurnalistlərə açıqlamasında bu addımı “vacib olmayan” qərar adlandıraraq, “Onun sözləri heç bir məna daşımır” deyib. Buna baxmayaraq, Makronu “yaxşı oğlan” kimi dəyərləndirib.

Xatırladaq ki, Fransa prezidenti Emmanuel Makron ölkəsinin Fələstini BMT Baş Assambleyasının iclasında rəsmən tanıyacağını bəyan etmişdi. “The Telegraph”ın məlumatına görə, o, bu qərarla bağlı İngiltərənin baş naziri Key Starmerə də təzyiq göstərir.

ABŞ dövlət katibi Marko Rubio isə Fransa liderinin bu addımını tənqid edib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki