ABŞ və Ermənistan nəqliyyat infrastrukturunun inkişafı məqsədilə TRIPP Development Company adlı birgə müəssisə yaratmaq barədə razılığa gəliblər.
Doğru.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
ABŞ dövlət katibi Marko Rubio ilə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında keçirilən görüşdən sonra TRIPP İnkişaf Şirkəti olaraq tanınan layihənin başlanması elan olunub. Amerika tərəfi yeni qurumda nəzarət payına sahib olacaq.
Layihəyə əsasən, “Tramp Marşrutu Layihəsi (TRIPP)” çərçivəsində ilkin 49 illik mərhələdə ABŞ-ın payı 74%, Ermənistanın payı isə 26% təşkil edəcək. Saziş yarım əsr müddətinə uzadıla bilər və bu zaman Yerevanın payı 49%-ə çatdırıla bilər.
TRIPP layihəsi dəmir yollarının, avtomobil yollarının, enerji və fiber-optik infrastrukturun inkişafını əhatə edir və regional nəqliyyat imkanlarını gücləndirəcək.
DOĞRU.AZ




























