ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ artıq Ukraynanın maliyyələşdirilməsində iştirak etmir və bütün xərcləri NATO üzərinə düşür.
Doğru.az xəbər verir ki, Tramp çıxışında deyib: “Biz artıq Ukraynanın maliyyələşdirilməsində iştirak etmirik… NATO bütün münaqişəni maliyyələşdirir, biz heç nəyi maliyyələşdirmirik”.
O əlavə edib ki, ABŞ yalnız NATO üzvlərini silah və texnika ilə təmin edir və bunun üçün “milyarlarla dollar” alır. Eyni zamanda, Vaşinqton Ukrayna münaqişəsinin nizamlanmasında iştirakını davam etdirir.
Daha əvvəl çexiyalı politoloq Petr Drulak Trampın Ukraynaya dəstəyini dayandırmaq niyyətində olduğunu və buna bəhanə axtardığını bildirmişdi.
DOĞRU.AZ