image-n1karobka_ads
image-123
image-6863e65fae5ac958963e2e24backend

Tramp Netanyahu ilə İran və Qəzza məsələsini müzakirə edəcək

Doğru.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İsrail Baş Naziri Binyamin Netanyahu ilə İranın nüvə obyektlərinə zərbələri və Qəzza zolağındakı vəziyyəti müzakirə edəcəyini bildirib.

Tramp deyib:

“Çox məsələləri danışacağıq. Əldə etdiyimiz böyük uğurdan söhbət açacağıq. İran üçün bu, inanılmaz dəqiq zərbə idi, uzun illər belə dəqiq zərbə olmamışdı”.

O əlavə edib ki, tərəflər həmçinin Qəzzada saxlanılan girovlarla bağlı vəziyyəti də müzakirə edəcəklər.

Qeyd edək ki, Netanyahu Vaşinqtonda Tramp, Pentaqon rəhbəri Pit Heqset, dövlət katibi Marko Rubio və xüsusi nümayəndə Steven Witkoff ilə görüşəcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki