ABŞ prezidentliyinə namizəd Donald Tramp Pensilvaniyada sui-qəsd cəhdi zamanı zabitləri eks-prezidenti qoruyan Məxfi Xidmətin rəhbəri Kimberli Çitl ilə görüşüb.
Bu barədə ABC News xəbər verir.
Qeyd olunur ki, görüş keçmiş prezidentin Miluokidəki otelində baş tutub.
Lakin görüşün təfərrüatları açıqlanmır.
Daha əvvəl bildirilmişdi ki, Məxfi Xidmət Trampa atəş açan şəxsin qəribə davranışından xəbərdardır.
Mənbə ABC News