ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Ukraynada Amerika hərbçiləri iştirak etməyəcək.
Doğru.az xəbər verir ki, TASS siyasətçinin sözlərindən sitat gətirərək yazıb: “Bizim [Ukraynadakı] hərbi əməliyyatlar ərazisində əsgərlərimiz olmayacaq”.
Bundan əvvəl Tramp Kiyevə uzaqmənzilli raketlərin göndərilməsinin planlaşdırılmadığını da açıqlamışdı.
Digər tərəfdən, Rusiya Federasiya Şurasının Konstitusiya Komitəsinin üzvü Aleksey Puşkov Trampın Rusiya ilə münasibətləri pisləşdirmək istəmədiyini göstərməyə çalışdığını, lakin onun bəzi addımlarının əks nəticə verdiyini bildirib.
DOĞRU.AZ