ABŞ-ın keçmiş prezidenti Donald Tramp seçkidə qalib gələcəyi təqdirdə silah tədarükünü məhdudlaşdırmaqla Kiyev rejimini Rusiya ilə danışıqlara məcbur etmək niyyətindədir.
Reuters bu barədə Trampın məsləhətçiləri Keyt Kelloq və Fred Fleytsin bəyanatlarına istinadən yazır.
Keçmiş Amerika prezidentinin müşavirlərinin planı o deməkdir ki, Ukrayna Silahlı Qüvvələri yalnız sülh danışıqları başlasa, daha çox Qərb silahı alacaq.
Bundan əvvəl Tramp Filadelfiyada tərəfdarlarının mitinqində söz vermişdi ki, qarşıdan gələn seçkilərdə qalib gəlsə, rəsmi olaraq dövlət başçısı vəzifəsinə başlamazdan əvvəl Ukrayna münaqişəsini həll edəcək.
DOĞRU.AZ