ABŞ prezidenti Donald Tramp özünün Truth Social səhifəsində Kubaya Venesueladan gələn neft və pulun artıq axmayacağını açıqlayıb.
Doğru.az xəbər verir ki, Tramp yazıb ki, Kubanın uzun müddət Venesueladan böyük həcmdə neft və pul sayəsində yaşadığı iddia edilir.
“Kubaya daha neft və ya pul axmayacaq, sıfır! Onları çox gec olmamışdan əvvəl razılaşma əldə etməyə çağırıram”, – deyə o sosial şəbəkədə qeyd edib.
Tramp həmçinin bildirib ki, indi Venesuela guya amerikalılar tərəfindən qorunacaq.
DOĞRU.AZ




























