image-2000x150px
image-fotojet-2023-01-10t094555-125backend

 Trampı məsuliyyətsizlikdə günahlandıran Bayden haqqında gizli sənədlər tapıldı

image-728x90px

ABŞ-də hazırkı ölkə lideri Co Baydenin vitse-prezident olduğu dövrə aid gizli sənədlər tapılıb. Sənədlər “Penn Biden Center”in analitik mərkəzində aşkarlanıb.

Bildirilir ki, bu materiallar məxfi məlumatları ehtiva etməyən digər sənədlərlə birlikdə saxlanılıb.

Məsələ ilə bağlı Milli Arxiv İdarəsi məlumatlandırılıb.

Amerika liderinin vəkilləri özləri sənədləri təhvil verməyi təklif ediblər.

Bayden özü isə sənədlərin məzmunundan xəbərsiz olub, Ağ Evin rəhbərinə bu barədə vəkil məlumat verib.

Ölkənin şimal bölgəsi üzrə prokuroruna materialların mənşəyi və onların analitik mərkəzə necə düşdüyü barədə araşdırma aparmaq göstərişi verilib.

 

ABŞ Konqresinin Nümayəndələr Palatasının yeni spikeri, respublikaçı Kevin Makkarti bunu ciddi narahatlıq doğuran məsələ adlandırıb.

Konqresmen ABŞ-nin keçmiş prezidenti, respublikaçı Donald Trampla da oxşar vəziyyətin baş verdiyini xatırladıb. O bildirib ki, bu, daha sonra Trampın Mar-a-Laqodakı (Florida) malikanəsində axtarışlara səbəb oldu.

“Onda (Baydendə) bu məxfi sənədlər var idi. Amma o gizli sənədlər tapılan digər prezident haqqında nə deyirdi?” – deyə jurnalistlərin suallarını cavablandıran Makkarti qəzəblənib.

Xatırladaq ki, daha əvvəl Bayden Trampın malikanəsində aparılan axtarışlarla bağlı şərh vermiş və rəsmi sənədlərin saxlanmasını “tamamilə məsuliyyətsiz” davranış adlandırmışdı.

Nümayəndələr Palatası sədrinin sözlərinə görə, analitik mərkəzin binasında Baydenin məxfi sənədlərinin aşkarlanması “çox böyük narahatlıq doğurur”.

DOĞRU.AZ

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UĞURLU GƏLƏCƏK NAMİNƏ