Yanvarın 20-də ABŞ prezidenti Donald Trampın andiçmə mərasiminin yayımını 24,6 milyona yaxın televiziya izləyicisi izləyib.
Nielsen analitik şirkətinin məlumatına görə, tədbir 15 televiziya şirkəti tərəfindən canlı yayımlanıb.
Eyni zamanda, RİA Novosti-nin qeyd etdiyi kimi , dörd il əvvəl Trampın sələfi Co Baydenin andiçmə mərasimini 33,8 milyon televiziya tamaşaçısı izləyib.
2017-ci ildə Trampın vəzifəyə başlamasını təxminən 31 milyon insan izləyib.
CNN daha əvvəl bildirmişdi ki, Tramp and içərkən əlini İncilin üzərinə qoymayıb.
DOĞRU.AZ