Doğru.az xəbər verir ki, ABŞ prezidenti Donald Trampın Ukraynaya hərbi yardımı dayandırmaq qərarı Kiyev rəsmilərinin ciddi narahatlığına səbəb olub.
Responsible Statecraft nəşrinin məlumatına görə, bu qərar Kiyevdə çaxnaşma yaradıb və Ukraynanın Xarici İşlər Nazirliyi ABŞ səfirliyindən yüksək vəzifəli bir nümayəndəni izahat üçün çağırıb.
Məqalədə bildirilir ki, bu yardımın dayandırılması Ukraynanın hərbi əməliyyatları davam etdirmək üçün əsas dəstəkdən məhrum qalması deməkdir. ABŞ tərəfi isə bunu hava hücumundan müdafiə sistemləri üçün raket ehtiyatlarının tükənməsi ilə əlaqələndirib.
DOĞRU.AZ