image-2000x150px
image-123
image-ads_atlas
image-anons-img_4043backend

Turizm müəssisələrində monitorinqlər aparılıb – FOTOLAR

image-728x90px

Son günlər Naftalan şəhərində turistlərin sayındakı artımı nəzərə alaraq, Şəhər İcra Hakimiyyətinin, Dövlət Turizm Agentliyinin, Azərbaycan Turizm Bürosunun və Naftalan şəhər GEM-nin nümayəndələri tərəfindən şəhər ərazisində fəaliyyət göstərən turizm obyektlərində növbəti monitorinq aparılıb.

Monitorinqlər zamanı işçi heyətin və qonaqların təhlükəsizliyi məqsədilə tələb olunan gigiyena və sanitariya tədbirlərinin tətbiq edilməsi istiqamətində müvafiq tövsiyyə və tapşırıqlar verilib.

Şəhərdə fəaliyyət göstərən turizm obyektlərinə gələn turistlərin sayının artması o cümlədən son 10 gündə 2000 dən çox turistin müalicə və istirahət üçün Naftalana üz tutması şəhərdə turizm sektorunun gündən günə inkişafını göstərir.

Qeyd edək ki, Möcüzəli Naftalan MMC və Sehrli Naftalan MMC mövcud epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərini pozduqlarına görə cərimə olunmuşlar.

Hotellərdə monitorinqlərin keçirilməsinin əsas məqsədi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Koronavirus (COVİD-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”nın təsdiq edilməsi barədə müvafiq qərarından irəli gələn tapşırıqların icrasına nəzarət edilməsidir.

2020-07-22
Naftalanda koronavirus infeksiyasına qarşı həyata keçirilən profilaktik dezinfeksiya tədbirləri ilə  yanaşı davamlı olaraq maarifləndirmə işlərinin gücləndirilməsi, sosial məsuliyyət və qaydalara riayət olunmasının vəziyyəti ilə bağlı tədbirlər həyata keçirilir.
Şəhər ərazisində pandemiyaya qarşı mübarizə aparmaq üçün hər birində 4 nəfər olmaqla aidiyyəti strukturların əməkdaşlarından ibarət 5 mobil qrup fəaliyyət göstərir. Mobil qrupların üzvləri tərəfindən müvafiq ərazi bölgüsü əsasında mütəmadi olaraq ticarət, ictimai-iaşə və xidmət obyektlərində, banklarda, həmçinin turizm obyektlərində əhalinin müəyyən olunmuş qaydalara və sanitar-epidemioloji tələblərə əməl etmələrinin  vəziyyətini öyrənmək və lazımi tədbirlər görmək məqsədilə reydlər keçirilir.
Bu çərçivədə növbəti reyd Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Şəhər İcra Hakimiyyəti və Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Gəncə Regional bölməsinin nümayəndələri ilə birgə ticarət, ictimai iaşə və şəhərdə fəaliyyət göstərən turizm obyektlərində həyata keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Reyd keçirilən obyektlərdən “Şəfa Vannaları 2” MMC-də  Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı sözügedən MMC barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb.

DOĞRU.AZ

image-img_5326 image-img_4104 image-img_4051 image-anons-img_4043

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki