Türk Mədəniyyəti və İrsi Fondu (TMİF) 2025-ci il mayın 23-də ADA Universitetində təşkil olunan 13-cü Beynəlxalq Festivalda iştirak edib.
ADA Universitetinin ənənəvi tədbirlərindən birinə çevrilən bu festivalın məqsədi mədəni müxtəlifliyin və beynəlxalq əməkdaşlığın təşviq olunmasıdır. Festivalda 50-yə yaxın ölkənin mədəni irsi nümayiş etdirilib.
Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən qurulan stenddə türk dünyasına məxsus zəngin mədəniyyət nümunələri – milli mətbəx, nəşrlər, dekorativ-tətbiqi sənət inciləri, musiqilər, rəqslər və milli geyimlər təqdim olunub.
Bayram ab-havasında keçən tədbirdə müxtəlif ölkələrin səfirləri, diplomatik korpusun üzvləri, beynəlxalq təşkilatların nümayəndələri, eləcə də ADA Universitetinin yerli və xarici tələbələri iştirak ediblər.
Festival çərçivəsində konsert proqramı, interaktiv təqdimatlar və mədəniyyətlərarası dialoqu təşviq edən müsabiqələr də keçirilib.
DOĞRU.AZ