image-n1karobka_ads
image-123
image-img-20250516-wa0096backend

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Yəsəvi irsinə həsr olunmuş Beynəlxalq Simpoziumda iştirak edib – FOTO

14-16 may 2025-ci il tarixlərində Qazaxıstanın Türküstan şəhərində “Yəsəvi irsi dövrlər və mədəniyyətlər dialoqunda: humanist dəyərlər və müasir çağırışlar” mövzusunda Beynəlxalq Simpozium keçirilib. Simpoziumda Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova da iştirak edib.

Doğru.az “Ədəbiyyat və incəsənət” portalına istinadla xəbər verir ki, açılış mərasimində çıxış edən Aktotı Raimkulova Türküstanın Türk dünyasının mənəvi paytaxtı kimi əhəmiyyətini vurğulayıb. O, Xoca Əhməd Yəsəvi irsinin bu gün də mənəvi istiqamət verən bir kompas olduğunu qeyd edib.

Fondun prezidenti çıxışında Türk Mədəniyyəti və İrsi Fondunun gördüyü işləri – abidələrin bərpası, rəqəmsal kataloqların hazırlanması, beynəlxalq “TurkicHeritage” platformasının yaradılması, türk mədəniyyət mərkəzlərinin universitetlərdə açılması və YUNESKO siyahılarına daxilolma təşəbbüslərini təqdim edib.

Xüsusilə “Divani-Hikmət” əsərinin Azərbaycan dilinə tərcüməsi təşəbbüsünə toxunan Raimkulova bunu Yəsəvi irsinin türk dünyasında yayılması üçün mühüm addım kimi qiymətləndirib.

Tədbirdə Qazaxıstanın Dövlət müşaviri Erlan Karin, mədəniyyət və informasiya naziri Aida Balaeva, Türküstan vilayətinin qubernatoru Nuralxan Kuşerov, elm və ali təhsil naziri Sayasat Nurbek, ABŞ, Türkiyə, Almaniya, Yaponiya, Çin və digər ölkələrdən gəlmiş tanınmış alimlər və mütəxəssislər elmi çıxışlarla simpoziuma qatılıb.

Simpozium, Yəsəvi irsinin və ümumtürk fəlsəfəsinin müasir dövrdə aktuallığını elmi və mənəvi baxımdan dəyərləndirmək üçün əhəmiyyətli platforma olub.

DOĞRU.AZ

image-img-20250516-wa0092image-img-20250516-wa0094 image-img-20250516-wa0098

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki