image-2000x150px
image-123
image-ads_atlas
Türkiyə Azərbaycanla bu sahədə əməkdaşlıq edəcəkbackend

Türkiyə Azərbaycanla bu sahədə əməkdaşlıq edəcək

image-728x90px

Doğru.az xəbər verir ki, Türkiyə Azərbaycanla kosmik sahədə əməkdaşlığı inkişaf etdirməyi planlaşdırır.

Bunu Türkiyənin Kosmik Agentliyinin rəhbəri Sərdar Hüseyin Yıldırım bildirib.

“İstənilən inkişaf etmiş ölkə kosmik sahədə liderlər sırasına daxil olmalıdır”, – deyən Yıldırımın sözlərinə görə, Azərbaycanda Türkiyənin istifadə edə biləcəyi potensial var.

“Burada bilik və təcrübəsi kosmik proqramın həyata keçirilməsində Türkiyə üçün faydalı olacaq bir çox alim var. Yaxın gələcəkdə biz digər ölkələrlə iş birliyi qurmaq və nəticədə astronavtika sahələrində layiqli yer tutmaq niyyətindəyik”, – deyə Agentlik rəhbəri vurğulayıb.

Yıldırım, həmçinin qeyd edib ki, Türkiyə kosmik proqramı hazırlayarkən qarşısına ambisiyalı məqsədlər qoyub. “Şübhəsiz ki, kosmik proqramın icrası üçün ölkəmizin bütün imkanları var. Biz öz gücümüzə inanırıq və beynəlxalq əməkdaşlığa hazırıq”.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki