image-n1karobka_ads
image-123
image-2backend

Türkiyə “Eurofighter” təyyarələrini almağa hazırlaşır: Yunanıstanın əngəlləmə cəhdləri nəticə vermədi

Türkiyə Hərbi Hava Qüvvələrini modernləşdirmək istiqamətində addımlar atır.

Doğru.az Türkiyənin “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, 5-ci nəsil yerli döyüş təyyarəsi KAAN-ın 2028-ci ilə qədər ordunun istifadəsinə verilməsi planlaşdırılır.

Bununla yanaşı, Türkiyə “Eurofighter Typhoon” təyyarələrini almaq üçün danışıqları sürətləndirib. Bu təyyarələr Böyük Britaniya, Almaniya, İtaliya və İspaniyanın ortaq istehsalıdır.

Almaniya kansleri Fridrix Mers 24-25 iyun tarixlərində Haaqada keçirilən NATO Zirvəsində Prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Alman mətbuatının yazdığına görə, görüşdə Eurofighter təyyarələrinin satışı müzakirə olunub. Mers NATO daxilində bu təyyarələrin əhəmiyyətini daha öncə də vurğulamışdı.

Qeyd edək ki, keçmiş kansler Olaf Şolts bu satışa mane olmuşdu.

Lakin 23 fevralda keçirilən seçkilərdə qalib gələn Mersin rəhbərlik etdiyi CDU partiyası, Türkiyə ilə müdafiə sahəsində əməkdaşlığa açıq olduğunu göstərmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki