image-n1karobka_ads
image-123
image-17654400632866143020_1200x630backend

Türkiyə HDQ nümayəndələri Bakıda – FOTO

image-ad_qayo_720x110px

Türkiyə Hərbi Dəniz Qüvvələrinin Naviqasiya Hidroqrafiya və Okeanoqrafiya İdarəsinin nümayəndə heyəti Azərbaycana səfər edib.

Doğru.az xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyi açıqlayıb.

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin qərargahında keçirilən görüşdə yeni nəsil elektron naviqasiya məlumatlarının hazırlanması, beynəlxalq standartların tətbiqi və iki ölkə arasında təcrübə mübadiləsi məsələləri müzakirə edilib.

Səfər çərçivəsində Türkiyə nümayəndə heyəti HDQ-nin Hidroqrafiya İdarəsinin mütəxəssisləri ilə birgə hidroqrafik məlumatların toplanması və emalı, S-101 ENC elektron xəritələrinin hazırlanması, həmçinin S-100 çərçivəsində rəqəmsal naviqasiya sistemlərinin inkişafı mövzularında fikir mübadiləsi aparıb.

Tərəflər qeyd ediblər ki, bu cür görüşlər Azərbaycan və Türkiyə arasında hidroqrafiya, naviqasiya və okeanoqrafiya sahəsində əməkdaşlığın daha da gücləndirilməsinə mühüm töhfə verir və gələcək birgə fəaliyyət imkanlarını genişləndirir.

DOĞRU.AZ

image-1765440063460923168_1200x630 image-17654400631228728048_1200x630 image-17654400635828740046_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki