Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Səlcuq Bayraktaroğlu Dəməşqə səfər edib.
Doğru.az xəbər verir ki, səfər çərçivəsində S.Bayraktaroğlu Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əl-Şaraa ilə danışıqlar aparıb. O, həmçinin Suriya müdafiə naziri Murhaf Əbu Kasr və türk həmkarı Əli Nurettin Nasanla görüşüb.
İki ölkənin Müdafiə nazirliklərinin nümayəndələri Türkiyə-Suriya Birgə Əməliyyatlar Qərargahında bir araya gəlib. Türkiyə nümayəndə heyəti Dəməşqdə keçirilən müdafiə sərgisində də iştirak edib.
DOĞRU.AZ





























