Türkiyənin Bolu dağ-xizək kurortunda baş verən yanğında 78 nəfərin ölümünə səbəb olan “Grand Kartal” otelinin sahibi Halit Ergül faciəni baş aşpaz, elektrik və mühafizəçilərin üzərinə atıb.
Bu barədə “Kar” qəzeti onun məhkəmədəki ifadəsinə istinadən məlumat yayıb.
Xüsusilə, Ergül “aşpaz mətbəxdəki elektrik cihazlarına cavabdehdir, yanğın siqnalizasiya sistemi isə otelin elektrikçisi tərəfindən idarə olunur” dedi.
Daha əvvəl Türkiyənin Bolu şəhərindəki kurortda baş verən yanğından sonra 15 nəfərin həbs edildiyi bildirilirdi.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xizək kurortunda mehmanxanada baş verən yanğına görə məsuliyyət daşıyanların hamısını cəzalandıracağına söz verib.
“Grand Kartal” otelində yanğın yanvarın 21-nə keçən gecə baş verib. Faciə qurbanlarının demək olar ki, yarısı azyaşlılar olub.
DOĞRU.AZ