image-2000x150px
image-123
image-ads_atlas
image-356831458_245013008409407_4000358826677285053_nbackend

Türkiyə taxıl müqaviləsinin dördtərəfli formatda davam etdirilməsində israrlıdır

image-728x90px

Türkiyə “Taxıl sazişi”nin şərtlərinin icrasının dördtərəfli formatda davam etdirilməsində israrlıdır.

Bu barədə Ankaradakı diplomatik mənbə məlumat verib.

“Biz taxıl sövdələşməsinin dördtərəfli formatda davam etdirilməsinin tərəfdarıyıq. Bu baxımdan biz bu istiqamətdə addımlar atmaqda davam edirik”, – deyə mənbə bildirib.

Xatırladaq ki, 2022-ci ilin iyulun 22-də Rusiya və Ukrayna BMT və Türkiyənin vasitəçiliyi ilə Qara Dəniz Taxıl Təşəbbüsü barədə razılıq əldə edib. Saziş bu il iyulun 17-də başa çatıb və Rusiya müqavilədə iştirakını dayandırıb.

Mənbə: TASS

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki