Türkiyə hakimiyyəti ABŞ prezidenti Donald Trampın cümə axşamı, mayın 15-də səfərini gözləmir, lakin yaxın günlərdə, xüsusən də Rusiya lideri Vladimir Putinin gəlişini istisna etmir.
Bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Türkiyə tərəfi “müvafiq hazırlıqlar aparır”.
Bundan əvvəl Tramp Putinlə Türkiyədə görüşmək imkanını istisna etməyib.
O, Ukrayna münaqişəsinin həllində daim iştirak etdiyini vurğulayıb.
DOĞRU.AZ