image-n1karobka_ads
image-123
image-68dc1b70ae5ac9079a629449backend

Türkiyə: Ukrayna münaqişəsinin həllində daha çox məsuliyyətə hazırıq

image-ad_qayo_720x110px

Türkiyə Ukrayna münaqişəsinin həllində daha çox məsuliyyət götürməyə hazır olduğunu bəyan edib.

Doğru.az xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasının yekunlarına dair açıqlamada bildirilib.

Qeyd olunub ki, Türkiyə Təhlükəsizlik Şurası Ukraynadakı vəziyyəti müzakirə edib və münaqişənin genişlənmə riski yaradan insidentlərdən narahatlığını ifadə edib.

“Milliyet” yazır ki, bəyanatda sülhün bərqərar olması üçün Ankaranın daha çox məsuliyyət götürməyə hazır olduğu vurğulanıb.

Xatırladaq ki, Prezident Ərdoğan daha əvvəl də Türkiyənin Ukrayna münaqişəsinin həlli istiqamətində səylərini davam etdirəcəyini demişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki