image-2000x150px
image-123
image-ads_atlas
image-detay1676194333backend

Türkiyə və Yunanıstanın XİN rəhbərləri Hatayda – FOTO

image-728x90px

Türkiyəyə səfər edən Yunanıstanın xarici işlər naziri Nikos Dendiasla Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Hataya səfər ediblər.

Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirlər Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Hatay şöbəsinə gedəcəklər, xilasetmə işləri və humanitar yardımlarla bağlı müzakirə aparacaqlar.

Qeyd edək ki, Nikos Dendias bu gün Türkiyəyə Adana Hava limanından eniş edib.

Türkiyə və yunanıstanlı nazirlərin ikitərəfli görüşü də olub.

Yunanıstanın xarici işlər naziri Nikos Dendias fevralın 12-də Türkiyəyə səfər etməyi planlaşdırır.

Doğru.az xəbər verir ki, səfər zamanı türkiyəli həmkarı Mövlud Çavuşoğlunun müşayiəti ilə Dendias zəlzələdən zərər çəkmiş ərazilərdə fəaliyyət göstərən Yunanıstan yardım missiyasının üzvləri ilə görüşəcək.

Bundan əlavə, Dendias Antakyadakı əməliyyat mərkəzinə baş çəkmək niyyətindədir.

Yunanıstanlı nazirin Türkiyəyə bu səfəri 2022-ci ilin mayında iki ölkə liderləri arasında münasibətlərin kəskinləşməsindən sonra ilk səfər olacaq.

DOĞRU.AZ

image-1676194307 image-yunanistan-disisleri-bakani-1024x683

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki