image-2000x150px
image-fotojet-2022-12-08t105016-028backend

 Türkiyədə altı yaşlı qızı ərə veriblər

image-728x90px

Türkiyədə azyaşlı ərə verilib.

“Hiranur Vakfı”nın qurucusu Yusif Ziya Gümüşelin illər öncə qızı H.K.G.-ni altı yaşında ərə verməsi hazırda Türkiyə gündəmində müzakirə mövzusu olub.

Qızın gəlinlik paltarında görüntüləri yayılıb. Azyaşlının 29 yaşlı Kadir İstekli ilə dini nikahı kəsilib.

Uşaq yaşlarından cinsi təcavüzə məruz qalan, hazırda 24 yaşı olan H.K.G. polisə şikayət edib.

Qarşı tərəf məhkəmədə altı yaşında uşağın ərə verildiyi barədə məlumatları təkzib edib. Onlar bildiriblər ki, qız 16 yaşında nişanlanıb və 17 yaşında ərə verilib.

Türkiyə sosial şəbəkələrində ciddi müzakirə olunan məsələyə tanınmış jurnalisti Ahmet Hakan da münasibət bildirərək, müvafiq qurumları hadisə ilə bağlı hərəkətə keçməyə çağırıb:

“İttiham aktını gördüm. Bu, pedofillikdir. Çox qorxunc hadisədir. Din xadimləri bu məsələdə aydın mövqe tutmalıdırlar. Altı yaşlı qızla evlənmənin, bu azğınlığın dinlə, islamla heç bir əlaqəsi olmadığı vurğulanmalıdır”.

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UĞURLU GƏLƏCƏK NAMİNƏ