image-2000x150px
image-pagebackend

Türkiyədə bir ilk: Süni intellekt aparıcı oldu, ekran qarşısına keçdi – VİDEO

image-728x90px

Dünyada sürətlə inkişaf edən süni intellekt texnologiyası Türkiyənin media sektoruna da öz əksini tapıb. Belə ki, “Instagram”da “Robotvmedia” kanalında süni intellekt Aleksa xəbərlər təqdim etməyə başlayıb.

Ötən həftədən yayıma başlayan kanalda Türkiyədəki prezident seçkisindən tutmuş, dünyada baş verən hadisələrə qədər bir çox mövzuya toxunur.

Aleksanın hər xəbərdə fərqli geyimlər geyinməsi, makiyajını və saç düzümünü dəyişməsi də diqqət çəkir.

Bildirilir ki, layihə klassik medianı gələcəyin texnologiyası – süni intellektlə birləşdirməyi hədəfləyir və jurnalistikanın sosial mediada aktivliyini qoruması məqsədi daşıyır.

DOĞRU.AZ

 

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki