image-2000x150px
image-38496076backend

Türkiyədə güclü zəlzələ oldu: 35 yaralı – FOTO

image-728x90px

08:31

Türkiyənin Düzce rayonunda baş verən güclü zəlzələ nəticəsində xəsarət alanların sayı artıb. Xəsarət alanların sayı 35 nəfərə çatıb.

Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca tvitter-də paylaşım edib.

Nazir qeyd edib ki, xəsarət alan şəxslərin müalicəsi davam edir.

——–

07:07

Türkiyənin Düzce rayonunda 5,9 bal gücündə zəlzələ olub.

Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Yerli vaxtla 04:09-də qeydə alınan zəlzələ yerin 6,81 kilometr dərinliyində baş verib.

Yeraltı təkanlar İstanbul, Ankara, Əskişəhər, Bursa, Kocaeli, Sakarya, Bolu, Ədirnə və bəzi ətraf şəhərlərində də hiss olunub.

Bildirilib ki, təkan yerli vaxtla saat 04:08-də (Bakı vaxtı ilə 05:08) qeydə alınıb.

Bundan əvvəl maqnitudanın 6,0 olduğu bildirilirdi. Zəlzələnin episentri Düzce rayonunda, ocağı isə 6,8 km dərinlikdə yerləşib.

Düzce bələdiyyə sədri Faruk Özlü bildirib ki, ilkin məlumatlara görə, zəlzələ nəticəsində ölən olmayıb. Hazırda Düzcedə elektrik enerjisinin verilməsi dayandırılıb, ölkədə internet bağlantısı ilə əlaqədar problemlər var.

Hadisə ilə bağlı açıqlama verən Türkiyənin daxili işlər naziri Süleyman Soylu zəlzələ baş verən andan indiyədək insan tələfatı ilə bağlı heç bir məlumatın daxil olmadığını deyib:

“İstanbul, Tekirdağ, Kocaeli, Əskişəhər, Zonguldak, Sakarya, Biləcik, Bolu, Karabük və Bartın vilayətlərində qruplarımıza can itkisi ilə bağlı məlumat daxil olmayıb. Hadisələrin gedişatı barədə ictimaiyyətə məlumat veriləcək”.

Zəlzələ ilə bağlı İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu, ölkənin daxili işlər naziri Süleyman Soylu tviter hesablarında paylaşım ediblər. Onlar təbii fəlakət nəticəsində hələ ki, insan təlafatı barədə məlumat daxil olmadığını bildiriblər.

Güclü zəlzələ nəticəsində 22 nəfər xəsarət alıb.

Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca tviter hesabında yazıb.

“Düzce vilayətində 22 yaralımız var. Onlardan biri hündürlükdən tullanıb, ağır vəziyyətdədir. Düzceyə lazımi sayda təcili yardım və mütəxəssis göndərilib”, – Fahrettin Koca sosial şəbəkə hesabında yazıb.

Türkiyə rəsmilərinin məlumatına görə, zəlzələ nəticəsində tələfat yoxdur. Düzcedə bir çox evdə çatlar əmələ gəlib, qismən dağıntılar var.

 

 

 

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki