Türkiyənin Boludakı Kartalkaya dağ-xizək kurortunda yerləşən “Grand Kartal” otelində baş verən faciə qurbanlarının demək olar ki, yarısı azyaşlılar olub.
Bu barədə “Milliyet” qəzeti Türkiyə Ədliyyə Nazirliyinə istinadən məlumat yayıb.
Yanğın zamanı ölənlərin ən azı 36 nəfərinin 18 və daha kiçik yaşda olduğu qeyd edilir.
Zərərçəkənlərin siyahısını Məhkəmə Tibb İdarəsi açıqlayıb.
Ölənlərdən ən kiçiyi beş yaşlı uşaq olub. Bir neçə ailədə bir neçə uşaq bir anda qurban oldu.
Bundan əvvəl oteldə baş verən yanğın zamanı bir ailədən 14 nəfərin öldüyü bildirilirdi.
Faciə qurbanlarının sayının 79-a yüksəldiyi də məlum olub.
“Grand Kartal” otelində yanğın yanvarın 21-nə keçən gecə baş verib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 22-ni ölkədə matəm günü elan edib.
DOĞRU.AZ