image-n1karobka_ads
image-123
image-messenger_creation_00837e8b-cbb9-4509-9c87-d865b2acfefbbackend

Türkiyədə Qənirə Paşayevanın xatirəsinə həsr olunmuş kitab çap olundu – FOTO

image-ad_qayo_720x110px

Ankarada mərhum millət vəkili, Türk Dünyasının görkəmli ziyalısı Qənirə Paşayevanın xatirəsinə həsr olunmuş kitab çap olunub. Araşdırmaçı-jurnalist Şəhla Aslanın rəhbərliyi ilə hazırlanan bu kitab Q. Paşayevanın həyat və fəaliyyətinə dair fikirləri əks etdirən məqalələr toplusundan ibarətdir.

Kitabda Türkiyənin elm və təhsil adamlarının, siyasətçilərin, jurnalistlərin və digər tanınmış şəxslərin yazıları yer alıb. Məqalələrdə Q. Paşayevanın ictimai-siyasi fəaliyyətinə, Türk dünyasının birliyinə və inkişafına verdiyi töhfələrə dair düşüncələr geniş şəkildə işıqlandırılır. Müəlliflər onun şəxsiyyəti və gördüyü işlər haqqında dərin fikirlərini bölüşərək, Paşayevanın böyük ictimai xadim kimi fəaliyyətini vurğulayıblar.

Layihənin rəhbəri Şəhla Aslan bildirib ki, bu kitab Qənirə Paşayevanın düşüncələrini və ona olan fikirləri gələcək nəsillərə çatdırmaq üçün əhəmiyyətli bir mənbədir: “Bu kitabda Türkiyənin tanınmış şəxslərinin yazıları vasitəsilə Paşayevaya olan düşüncələr və onun Türk dünyası üçün etdiyi fədakarlıqlar daha geniş oxucu kütləsinə çatdırılır.”

Şəhla Aslan qeyd edib ki, kitab Türkiyənin müxtəlif kitabxanalarına və mədəniyyət mərkəzlərinə təqdim ediləcək, geniş oxucu kütləsinə çatdırılacaq.

image-messenger_creation_5f043294-a567-4c81-9bf0-062bf351c8a6

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki