image-2000x150px
image-123
image-ads_atlas
image-334762560_185306254231997_6305747223743118772_nbackend

Türkiyədə selin apardığı insanlar xilas edildilər – YENİLƏNİB + VİDEO

image-728x90px

Türkiyədə selin həyatı iflic etdiyi Şanlıurfa şəhərində körpünün altında qalan vətəndaşlar xilas ediliblər.

Sel sularının apardığı iki xilasedici üzərək xilas olublar. Bundan sonra onlar körpünün altında çarəsiz qalan iki nəfəri sudan çıxarıblar.

Xilasetmə görüntüləri anbaan kameralara əks olunub.

13:17

Dəhşətli dağıntılara səbəb olan zəlzələlərin ardından Türkiyənin Adıyaman şəhərində sel suları 1 nəfərin ölümünə, 4 nəfərin itkin düşməsinə səbəb olub. Tut rayonunda onları içində olduqları konteynerlə birgə sel aparıb. Əraziyə çox sayda xilasedicilər cəlb olunub. Axtarış-xilasetmə işləri aparılır.

Şanlıurfada isə aralarında xilasedicilər də olan 6 nəfəri sel aparıb. Bölgədə axtarış-xilasetmə işləri davam etdirilir.

“Su altında qalan insanlar var. Onların tapılması üçün çalışırıq. Xilasedicilərin qayığı çevrildi, bir nəfər xilas oldu, o birilərindən isə xəbər ala bilmirik”, – deyə Şanlıurfanın bələdiyyə sədri Zeynep Abidin Beyazgül bildirib.

İki şəhərdə ümumilikdə beş nəfərin həlak olduğu, beş nəfərin itkin düşdüyü qeyd edilir.

12:18

Türkiyənin Şanlıurfa şəhərində dünəndən təsirli olan leysan selə səbəb olub.

Bir çox ev və iş yeri su altında qalıb. Gölə dönən yollarda su maşınları yuyub aparıb. İnsanların sel suları ilə sürükləndiyi anlar kamera tərəfindən lentə alınıb.

Leysan səbəbindən martın 15-də Şanlıurfa vilayətinin bütün məktəblərində təhsil dayandırılıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki