image-2000x150px
image-123
image-ads_atlas
image-7a4426fd-2335-38b1-8d05-7a4a809813ec_850backend

Türkiyədə təhsilini başa vuran Azərbaycan hərbçilərinə diplomlar təqdim edilib

image-728x90px

Türkiyədə təhsilini başa vuran Azərbaycan hərbçilərinə diplomlar təqdim edilib.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Türkiyənin Yalova vilayətində Milli Müdafiə Universitetinin Miçman İxtisaslaşdırma Məktəbinin məzunlarının növbəti buraxılış mərasimi keçirilib. Tədbirdə Türkiyə Hərbi Dəniz Donanmasının komandanı vitse-admiral Kadir Yıldız, Sahil Təhlükəsizlik Qüvvələrinin komandanı kontr-admiral Ahmet Kendir, məktəbin müəllim-professor heyəti və məzunların ailə üzvləri iştirak ediblər.

Azərbaycan ilə Türkiyə arasında hərbi təhsil sahəsində bağlanmış müqaviləyə əsasən, 2 illik hərbi təhsil proqramı üzrə Türkiyə Hərbi Dəniz Qüvvələri üçün miçman kadrlarının hazırlanmasında əhəmiyyətli rolu olan Miçman İxtisaslaşma Məktəbini müvəffəqiyyətlə bitirən Azərbaycan Ordusunun hərbi qulluqçularına diplomlar təqdim edilib.

Mərasimdə iştirak edən Azərbaycanın Türkiyədəki hərbi attaşelik aparatının nümayəndələri miçman rütbələrini almış hərbi qulluqçularımızı təbrik edib, onlara gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıblar.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki