image-2000x150px
image-123
image-ads_atlas
image-926e42c7-13c9-38f2-a4c6-7297042bd829_850backend

Türkiyədə yaşayış binasında yanğın olub, ölənlər və zərərçəkənlər var – VİDEO

image-728x90px

Türkiyənin Bursa şəhərində yaşayış binasında yanğın olub.

Bu barədə Haber Global”  xəbər verir.

Məlumata görə, hadisə yerli vaxtla saat 23:30 radələrində Yıldırım rayonunda əcnəbilərin məskunlaşdığı binada qeydə alınıb. Yanğın zamanı 8-i (3-10 yaş arası) uşaq, 1-i isə qadın olmaqla 9 nəfər ölüb. Onların Suriya vətəndaşları olduqları bildirilir.

Hadisə zamanı daha 3 nəfər tüstüdən zəhərlənib. Zərərçəkənlər xəstəxanaya çatdırılıblar.

İlkin məlumata görə, hadisəyə qaz sobası ilə rəftar zamanı təhlükəsizlik qaydalarına riayət edilməməsi səbəb olub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki