image-2000x150px
image-123
image-ads_atlas
image-hz8w45vvhqg1kb7xccfjfjpom4iplt8k71hr8v0o_640backend

Türkiyəli biznesmenin oğlunun Bakıda meyiti tapıldı

image-728x90px

Bakıda mənzildən meyit tapılıb.

“Qafqazinfo” xəbər verir ki, meyitin Türkiyə vətəndaşı 1984-cü il təvəllüdlü Serkan Harun oğlu Sökmenə məxsus olduğu müəyyələnşib.

S.Sökmenin meyiti Xətai rayonu Ramiz Quliyev küçəsi 69 ünvanında yaşadığı mənzildə tapılıb.

Meyit üzərində hər hansı xəsarət müəyyən olunmayıb. İlkin ehtimala görə, S.Sökmen ürəktutmasından dünyasını dəyişib.

Bildirilir ki, vəfat edən şəxs restoran biznesi ilə məşğul olub.

Onun atası Harun Sökmen Türkiyənin Kırklareli şəhərində tanınmış iş adamlarından biridir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki