Azərbaycanda səfərdə olan Türkiyə Gənclik və İdman Nazirliyinin əməkdaşı Fatma Kaya, Kayseri Gənclik və İdman İdarəsinin layihə koordinatoru Ali Karadeli və gənclər səfər çərçivəsində “Loqos” Psixoloji və Nitq Mərkəzində olublar.
“Loqos” Psixoloji və Nitq Mərkəzinin təsisçisi və rəhbəri Təranə Paşayeva qonaqları salamlayaraq onların səfərini yüksək və məmnuniyyətlə qiymətləndirib, Mərkəzin fəaliyyəti haqqında məlumat verib.
Daha sonra Mərkəzin idman mütəxəssisi Zeynal Cahangirli, İctimaiyyətlə əlaqələr şöbəsinin sədri Rəşad Bayramov çıxış edərək, Mərkəzdə göstərilən xidmətlər, əldə olunan nəticələr haqqında fikirlərini bölüşüblər.
Ziyarət çərçivəsində qonaqlar Mərkəzin fəaliyyəti ilə tanış olub, onların şərəfinə açılan çay süfrəsində iştirak ediblər.
Yüksək qonaqpərvərliyə görə Türkiyədən olan qonaqlar öz minnətdarlıqlarını bildiriblər.
Sonda xatirə fotosu çəkilib.