image-n1karobka_ads
image-123
image-6809e3b0ae5ac9730c296c1dbackend

Türkiyəli seysmoloq Ercan ölkədə güclü zəlzələ olacağını proqnozlaşdırır

İstanbulda dünən baş verən zəlzələ 7-7,2 bal gücündə daha güclü təkanların olacağını göstərə bilər, türkiyəli seysmoloq Əhməd Ercan deyib.

“Çərşənbə günü baş verən zəlzələ Trakya bölgəsində gözlənilən 7-7,2 bal gücündə zəlzələ ilə bağlı xəbərdarlıq və ya ondan əvvəl bir növ məşqdir”, – deyə Ercan RİA Novosti-yə müsahibəsində bildirib.

Ekspertin sözlərinə görə, qarşıdan gələn zəlzələnin episentri də elə həmin ərazidə, 7-13 km dərinlikdə olacaq və gözlənilən təkanlar 22 dəfə güclü olacaq.

Ercan əlavə edib ki, bu güclü zəlzələ 2045-2075-ci illər arasında baş verə bilər.

Ötən gün İstanbulda 6,2 bal gücündə zəlzələ baş verib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki