İstanbulda keçiriləcək Rusiya-Ukrayna görüşünün sülh prosesinə müsbət töhfə verəcəyi gözlənilir.
Doğru.az xəbər verir ki, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının Xarici Əlaqələr şöbəsinin müdir müavini İbrahim Halil Qorxmaz RIA Novosti-yə açıqlamasında bildirib.
“Artıq bu qan tökülməsinə son qoymağın vaxtıdır”, – deyə Qorxmaz qeyd edib.
ABŞ da İstanbulda keçiriləcək danışıqları “Ukraynada sülh üçün kritik fürsət” adlandırıb.
Qeyd edək ki, Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski daha əvvəl açıqlamışdı ki, mayın 15-də Rusiya nümayəndə heyəti İstanbulda olacaq, Ukrayna tərəfinin mövqeyindən asılı olmayaraq danışıqlara hazırdır.
Eyni zamanda, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da təsdiqləyib ki, Rusiya nümayəndə heyəti Ukrayna tərəfini İstanbulda gözləyəcək.
DOĞRU.AZ