image-n1karobka_ads
image-123
image-682481fe02e8bd78bd777cefbackend

Türkiyənin xarici işlər naziri: İstanbulda Ukrayna danışıqlarının formatı hələ müəyyənləşməyib

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukrayna üzrə mayın 15-də İstanbulda baş tuta biləcək danışıqların formatının hələ müəyyən edilmədiyini bildirib.

Bu barədə RİA Novosti yazır.

“İstanbulda danışıqların konkret formatı hələ müəyyən edilməyib, nümayəndə heyətləri formalaşdırılır”, – məlumatda deyilir.

Bundan əvvəl Rusiya və Türkiyə Xarici İşlər nazirliklərinin rəhbərləri Sergey Lavrov və Hakan Fidan arasında telefon danışığı zamanı Rusiya prezidenti Vladimir Putinin mayın 15-də Ukraynada nizamlanma üzrə birbaşa danışıqların İstanbulda keçirilməsi təklifi ilə bağlı məsələlər müzakirə olunub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki