Gürcüstan, Almaniya, Avstriya və Fransa İnterpolun qırmızı bildirişləri ilə beynəlxalq axtarışda olan 12 nəfəri Türkiyəyə təhvil verib.
Doğru.az xəbər verir ki, Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib ki, təhvil verilənlərin əksəriyyəti Gürcüstandan (7 nəfər) gətirilib. Almaniya 3, Avstriya və Fransa isə hər biri 1 nəfəri təhvil verib.
Nazirin sözlərinə görə, bu şəxslər qəsdən adam öldürmə, oğurluq, fırıldaqçılıq, soyğunçuluq, narkotik qaçaqmalçılığı və digər cinayətlərdə ittiham olunurdular.
Ali Yerlikaya İnterpol və Avropol əməkdaşlığına görə minnətdarlığını bildirib.
DOĞRU.AZ




























