image-ads_n1karobka_mobile
image-depositphotos_46763969_l-2015-pic905-895x505-59739backend

Türkmənistan hakimiyyəti ABŞ-la əməkdaşlıq planı hazırlayır

Türkmənistan hakimiyyəti 2023-2024-cü illər üçün ABŞ ilə əməkdaşlıq planı hazırlayacaq.

Bu barədə ölkə hökumətinin “Neytral Türkmənistan” qəzeti yazır.

Plana, xüsusilə, iki ölkə arasında müxtəlif səviyyələrdə səfərlərin təşkili daxildir. Qəzet qeyd edir ki, Türkmənistan Xarici İşlər Nazirliyinin rəhbəri Rəşid Meredov aprelin 23-24-də ABŞ-da səfərdə olub. Bu səfərdən sonra o, ölkələr arasında əməkdaşlığın yol xəritəsinin yaradılması ilə bağlı təkliflərini ölkə prezidenti Serdar Berdiməhəmmədovun müzakirəsinə təqdim edib.

Nəşr öz növbəsində aydınlaşdırır, Berdiməhəmmədov “son illərdə yeni məzmun kəsb edən” ABŞ-la dialoqun dostluq xarakterini qeyd edib. O, Türkmənistanın xarici siyasətinin “sülhpərvərlik, müsbət neytrallıq və konstruktiv beynəlxalq əməkdaşlıq prinsiplərinə” əsaslandığını, ölkənin “bütün maraqlı xarici tərəfdaşlarla səmərəli qarşılıqlı fəaliyyət üçün həmişə açıq olduğunu” bəyan edib və xarici işlər nazirinin təkliflərini bəyənib.

Mənbə: RİA Novosti

Doğru.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki