image-2000x150px
image-123
image-ads_atlas
image-thumbs_b_c_ba7c78048d55cb9c8a930d3522a67e40backend

Türkmənistanda erkən səsvermədə seçicilərin 1,82%-i səs verib

image-728x90px

Türkmənistan Məclisinə (Parlamentə) deputatların seçkiləri üçün seçicilərin 1,82 faizi səs verib. Erkən səsvermə martın 16-dan keçirilir.

Bu barədə martın 23-də Türkmənistanda seçkilərin və referendumların keçirilməsi üzrə Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən məlumat verilib.

“2023-cü il martın 21-nə olan məlumata görə, Türkmənistanda qeydə alınmış seçicilərin ümumi sayının 1,82 faizi səsvermədə iştirak edib”, – deyə məlumatda bildirilib.

Erkən səsvermə üçün Türkmənistanın xaricdəki diplomatik nümayəndəlik və konsulluqlarında 42 seçki məntəqəsi yaradılıb. Erkən səsvermə martın 25-dək davam edəcək.

Türkmənistan parlamentinə seçkilər martın 26-na təyin edilib. Bundan əlavə, həmin gün ölkədə region, rayon, şəhər xalq şuralarına və yerli özünüidarə orqanlarına seçkilər keçiriləcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki