image-2000x150px
image-123
image-ads_atlas
image-img_20220330_104049_175backend

UEFA Millətlər Liqası: Azərbaycan millisinin son rəqibi də bilindi

image-728x90px

Bu gün UEFA Millətlər Liqasının pley-off mərhələsində cavab oyunları keçirilib.

Doğru.Az xəbər verir ki, ötən mövsüm C liqasında öz qruplarını sonuncu pillədə başa vurmuş 4 milli komanda – Estoniya, Kipr, Moldova və Qazaxıstan D liqasına düşməmək üçün mübarizə aparıb.

Günün ilk matçı Nur-Sultanda Qazaxıstan və Belarus yığmaları arasında olub. Meydan sahibləri ilk görüşdə 2:1 hesablı qələbə qazanmışdı. Bu cütün qalibi C Liqasında Azərbaycan, Slovakiya və Belarusun yer aldığı 3-cü qrupa, məğlubu isə D Liqasında Andorra, Latviya və Lixtenşteynin mübarizə aparacağı 1-ci qrupa düşəcəkdi. Qarşılaşmanın əsas vaxtı Moldova yığmasının 1:0 hesablı üstünlüyü ilə başa çatıb. Bu üzdən də cütün qalibini müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən qazaxlar Azərbaycan yığmasının yer aldığı qrupa vəsiqə qazanıblar. Moldova isə D Liqasına düşüb.

Digər qarşılaşmada isə Kipr yığması Larnakada Estoniyanı sınağa çəkib. Komandalar arasındakı ilk oyunda hesab açılmamışdı. Cavab görüşündə isə kiprlilər inamlı qələbəyə seviniblər. Beləliklə, Kipr yığması C Liqasında Şimali İrlandiya, Yunanıstan və Kosovo ilə, məğlub tərəf – Estoniya isə D Liqasında San-Marino və Malta ilə birlikdə 2-ci qrupda yer alacaq.

UEFA Millətlər Liqası

29 mart

Qazaxıstan – Moldova 0:1 (penaltilər 5:4) Qol: Armas, 13. İlk oyun – 2:1

Kipr – Estoniya 2:0 Qol: Tsionis, 19. Sotiriu, 51. İlk oyun – 0:0

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki