image-n1karobka_ads
image-123
image-6932f423ae5ac943be4b039dbackend

UEFA Ukrayna Futbol Assosiasiyasını azarkeş davranışına görə cəzalandırdı

image-ad_qayo_720x110px

UEFA-nın İntizam Komissiyası Ukrayna Futbol Assosiasiyasını (UAF) DÇ-2026-nın İslandiya ilə, Avro-2024-ün seçmə mərhələsinin isə Bosniya və Herseqovina ilə oyunları zamanı azarkeşlərinin davranışına görə cəzalandırıb.

Doğru.az xəbər verir ki, ilk cərimə anti-Rusiya şüarı olan pankarta görə 15 min avro, meydançaya qaçan və pirotexniki vasitələrdən istifadə edən azarkeşlərə görə isə 19 min avro təşkil edib. UEFA pankartı siyasi və təxribat xarakterli hesab edib.

Bildirilib ki, bundan əvvəl UAF nümayəndəsi Svişev azarkeşlərin təxribatçı pankartına görə assosiasiyanın cəzalandırılmasını tələb etmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki