image-2000x150px
image-123
image-ads_atlas
image-img_20210609_211557_449backend

Uels və İsveçrə milliləri Bakıdan razıdır

image-728x90px

Avropa çempionatının qrup mərhələsində iki oyununu Bakıda keçirəcək Uels və İsveçrə yığmaları ilk məşqlərinə çıxıb.

Doğru.az xəbər verir ki, hazırlıq prosesi Tofiq Bəhramov adına Respublika Stadionunda və “Dalğa Arena”da gerçəkləşib. Məşq prosesində təhlükəsizliyin yüksək səviyyədə təmin edildiyi vurğulanıb: “Silahlı ordu zabitləri və alman itləri əsas girişdədir. Polis isə ətrafa nəzarət edir”.

Uels millisinin ulduz futbolçusu Qaret Beyl də instaqram hesabında məşqdən fotosunu paylaşıb. İsveçrə yığmasının sabiq futbolçusu, əvvəllər iki dəfə “Qarabağ”da çıxış etmiş İnnosent Emeqara isə “Blick” nəşrinə açıqlamasında Bakını “Avropanın Dubayı” adlandırıb. O, Azərbaycanda cinayətkarlığın sıfır səviyyəsində olduğunu vurğulayıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki