Ukrayna hökuməti 2024-cü il üçün büdcəni qəbul edib.
Bu barədə ölkənin baş naziri Denis Şmıqal öz Telegram kanalında məlumat verib.
“Hökumət 1 trilyon 560 milyard qrivna (42,2 milyard dollar) ümumi büdcə fondunun öz gəlirləri və 3 trilyon 108 milyard qrivna (84,2 milyard dollar) ümumi fondun xərcləri ilə 2024-cü ilin büdcə layihəsini qəbul edib”, – Şmıqal yazıb.
O qeyd edib ki, yeni büdcədə əsas vurğu Ukraynanın müdafiəsi və təhlükəsizliyinə yönəlib. Büdcə resurslarının yarısından çoxu buna sərf olunacaq – 1 trilyon 685 milyard UAH (45,6 milyard dollar). Baş nazirin sözlərinə görə, bu məbləğ 2023-cü illə müqayisədə 113 milyard UAH çoxdur.
Mənbə: TASS